İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tarixdən səfərlər bərpa olunacaq, biletlərin qiyməti isə ... Quzey Kipr Türk Cümhuriyyətinin rəsmisindən MÜJDƏ

603 05.04.2023 19:22 Son xəbər A A

“2011-ci ilə qədər Azərbaycandan Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edənlərin sayı daha çox olub”.

Musavat.com xəbər verir ki, bunu KKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Serhan Aktunc qeyd edib ki, ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, KKTC-yə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır. “Azərbaycanda Quzey Kıbrısı çox gözəl tanıyırlar. Bakıya gəlişim zamanı bunları görmək çox xoş oldu mənim üçün. Kıbrıs türk xalqı və Azəraycan xalqı təxminən eyni acıları yaşayan iki xalqdır. Siz də soyqırımın acılarını yaşamasınız, Kıbrıs türkləri də. Bu baxımdan xalqlarımızın bir-birinə bu yaxın olması təbiidir", - deyə o bildirib.

Müşavir həmçinin bildirib ki, Quzey Kıbrıs iqtisadiyyatının əsasını turizm və təhsil gəlirləri təşkil edir. O, ümid etdiyini bildirib ki, bundan sonra Azərbaycandan Quzey Kıbrısa səfər edən azərbaycanlı turistlərin sayı artacaq.

Müşavir bildirib ki, 44 günlük Vətən müharibəsindəki böyük zəfərdən sonra Azərbaycan xalqının sevincini qəlblərində hiss ediblər. “Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik”-QKTC rəsmisi əlavə edib. Bildirib ki, pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. “Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir"-o, əlavə edib.

Sehran Aktunç həmçinin deyib ki, Bakıdan KKTC-yə Antalya üzərindən uçuşlar həyata keçiriləcək. Müşavir bildirib ki, aprelin 19-dan başlayaraq bu uçuşlarun həyata keçiriləməsinə başlanılacaq. “Hesab edirəm ki, QKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən QKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur" - S. Aktunç deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR