İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu ssenari Ermənistanı vətəndaş müharibəsinə sürükləyəcək" - Politoloqdan İLGİNC açıqlama

892 21.03.2024 22:00 Siyasət A A

"Ermənistanın baş naziri Nikol Paşinyanın təlimatıyla keçmiş müdafiə naziri, "Ermənistan" fraksiyasının rəhbəri Seyran Ohanyan haqqında cinayət işinin açılmasına və həbs qərarı verilməsinə tam əsas var".

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

O qeyd edib ki, Ohanyan ordunu baş nazirin əmrlərinə tabe olmamağa çağırıb:

""Ordu baş nazirin kəndlərdən çıxma əmrinə tabe olmamalıdır" deyən Ohanyan bununla faktiki ordunu ali baş komandan vəzifəsini daşıyan baş nazirə qarşı qiyama və qanunsuzluğa dəvət edib. Ohanyan və onun arxasındakı güclər Ermənistana dəxli olmayan 4 kəndə görə Azərbaycanla savaş arzulayırlar. Onlar bilirlər ki, yenə məğlub olacaqlar, sadəcə erməni hərbçilərin itkiləri hesabına Nikol Paşinyanın mövqelərinin zəifləyəcəyini düşünürlər. Bu o zaman baş verə bilər ki, həqiqətən ordu komandanlığı Nikol Paşinyanın çəkilmə əmrinə tabe olmasın. Bu halda ordu yalnız bu qanunsuzluqla kifayətlənməyəcək, müxtəlif güclərlə birləşərək Nikol Paşinyanı devirməyə çalışacaq. Tanklar İrəvana daxil olacaq. Bu ssenari Ermənistanı vətəndaş müharibəsinə sürükləyəcək. Ona görə də nə qədər ki, erməni hərbçiləri yoldan çıxarmayıblar, Paşinyan tələsməli və 4 kəndin Azərbaycana qaytarılması məsələsini uzatmamalıdır".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın 4 kəndin Azərbaycana qaytarılacağı ilə bağlı açıqlaması bu ölkədə revanşist və müharibə cinayətkarlarını təşvişə salıb. Keçmiş müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyan da 4 kəndin qaytarılmasına etiraz edənlər arasındadır. Təxribatçı şüarlarında bir qədər də irəli gedən Ohanyan ordunu Paşinyanın əmrlərinə tabe olmamağa çağırıb.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR