İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxs AFFA-nın yeni rəhbərliyində mühüm vəzifə alacaq

1395 30.03.2024 20:57 Ölkə A A

Aprelin 2-də vəzifə başına keçəcək AFFA-nın yeni rəhbərliyinin islahat planının bəzi konturları məlum olub.

Məsələn, federasiyadan redaksiyamıza məlumat sıxdırılıb ki, texniki direktor vəzifəsi Cahangir Həsənzadədən alınacaq.

Qurumun keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun yaxın kadrı kimi tanınan Həsənzadəyə kiçik post tapşırılacağı gözlənilir.

Onu kimin əvəzləyəcəyi də söylənilir. Bu, hazırda «Sabah»da icraçı direktor kimi adı gedən İqor Ponomaryovdur.

Sonuncunun adı axır məqama kimi İcraiyyə Komitəsinə üzvlər siyahısında yer alıb.

Fəqət, Ponomaryov aktiv idarəçilikldə məşğul olmaq istədiyindən, AFFA-nın texniki direktor vəzifəsini ali qərarverici orqandan üstün tutub./sportinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR