İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, qızların tərbiyəsini pozur"

3241 18.07.2024 21:30 Şou-biznes A A

"Dinləyicini yüksəyə qaldırın. Deməyin ki, dinləyici bunu istədi mən də ifa etdim. Dinləyici bizim evimizdə olan körpə uşaqdır. onları qoruyaq. Musiqi beşikdən məzara qədər məlhəmdir. "Məndən bunu istədilər, mən də verdim" deyənlərlə mübarizə aparaq. Düzdür, biz pula satılırıq. Sənəti baha alıb, ucuz satanlar var. Musiqini ucuz satanlar xalqımın düşmənidir".

Bu sözləri Əməkdar artist Elza Seyidcahan "İncə səhər" verilişində deyib. Müğənni bayağı mahnılar oxuyanlardan danışıb.

Seyidcahan uşaqlarla bağlı yayılan videolardan da danışıb:

"Bizim gözəl rəqslərimiz var idi. Nə günə qalmışıq ki, bəzi ara müğənniləri deyir ki, indi mənim üçün əlçatmaz müğənni yoxdur, bir Zeynəb Xanlarovadır. Hamısını toyda görmüşük. Deməli, müğənnini toyda gördüyü üçün ona əlçatan deyir. Mən bir müğənnini görəndə oturub düşünürəm ki, o, hansı sənət yolunu keçib. Birini haradasa görəndə adı Elmiradırsa "Emiş" deyirlər. Pul bunları çaşdırıb. Mənim övladlarımın toyunda mən o cür müğənniləri və mahnıları qoymamışam səslənsin.

Balaca uşaqlara oğlan rəqsləri öyrədirlər. Xahiş edirəm bu, qızların tərbiyəsini pozmaqdır"./axşam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR