İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qərar nefti ucuzlaşdırır - İqtisadi böhran yaranacaq?

817 25.07.2022 13:15 İqtisadiyyat A A


ABŞ mərkəzi bankının (FED) faizləri artırmaqda davam etməsinin qlobal iqtisadiyyatda yaratdığı tələbi zəiflədəcəyi qorxusu neft qiymətlərinin enməsinə səbəb olub. İnvestorlar tələbin azalması fonunda iqtisadi böhranın yaranacağını da gözləyirlər.

Musavat.com xəbər verir ki, “Brent” markalı neftin qiyməti ötən həftənin cümə günü 4 dollardan çox düşərək 98 dollar olub. Bu gün həftənin ilk günündə də “Brent” nefti ucuzlaşaraq 97 dollara düşüb.


“Brent” neftinin ucuzlaşması Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiymətinə də təsir edib. Azərbaycan neftinin qiyməti 120 dollardan 115 dollara qədər enib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR