İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən şok etiraf: Müdafiə büdcəmiz "Real"ın büdcəsindən azdır

1020 15.03.2024 16:05 Dünya A A

Moldovanın xarici işlər naziri Mixail Popşoy ölkəsinin müdafiə büdcəsini "Real" futbol klubu ilə müqayisə edib. Moldovalı nazir ölkənin müdafiə büdcəsini ciddi şəkildə artırdıqlarını, lakin "Real" kimi bəzi futbol klublarının daha çox pul xərclədiyini bildirib.

Moldovalı nazir ölkənin müdafiə büdcəsinin son bir ildə 68 faiz artdığını, lakin yenə də gülünc olduğunu diqqətə çatdırıb:

“Çünki son 30 ildə ÜDM-in yüzdə 0,3 faizi kimi çox kiçik məbləğlər ayrılıb. Yəni demək olar ki, heç bir şey ayrılmayıb. Ara-sıra İspaniyanın "Real" və Avropanın digər böyük klublarının büdcələri ilə maraqlanıram. Onların büdcəsi bizim milli ordumuza yatırdığımız sərmayədən daha çoxdur”.

Popşoy həmçinin qeyd edib ki, müdafiə büdcəsi indi yeni çağırışlar nəzərə alınmaqla artırılmalıdır:

“Bu çağırışlardan biri də Rusiya ilə Ukrayna arasındakı münaqişədir. Ordunun modernləşdirilməsi üçün tələb olunan məbləğ 250 milyon avro təşkil edir”.

Qeyd edək ki, keçən həftə Moldova Müdafiə Nazirliyinin baş katibi Valeriy Mija Moldova hökumətinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) dayandırılmasını təsdiq etdiyini bildirib. Moldova hökumətinin qərarı bildirişin, razılaşan dövlətlər tərəfindən alınmasından 150 gün sonra qüvvəyə minəcək. Qanun layihəsi əvvəlcə parlamentin təsdiqinə, sonra isə prezident Maya Sanduya təqdim olunacaq.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR