İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə təhlükəsizlik nazirini belə döydülər - VİDEO

1381 05.04.2023 16:31 Son xəbər A A

Argentinanın paytaxtı Buenos Ayresin La Matanza bölgəsində silahlı hücumda həyatını itirən həmkarları üçün bir araya gələn onlarla sürücü magistral yolu nəqliyyata bağlayıb.

Musavat.com xəbər verir ki, nümayişçilərlə danışıqlar aparmaq üçün magistral yola gələn təhlükəsizlik naziri Sergio Berni qəzəbli sürücülərin hücumuna məruz qalıb.

Daşla və yumruqla hücuma məruz qalan nazirin zərbələrdən burnu qanayıb. Sergio Berni az sayda polis işçilərinin köməyi ilə kütlənin içindən çıxarılıb.

Qeyd edək ki, Buenos-Ayresin şəhər və qəsəbələr arasında sərnişin daşıyan avtobus sürücüləri tez-tez quldur dəstələri tərəfindən hücuma məruz qalır. Daniel Barrientos adlı avtobus sürücüsü La Matanzada sinəsinə dəyən güllə nəticəsində həlak olub. Sözügedən nümayişlər də məz buna görə başlayıb.

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR