İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə 8,5 milyon insan qara siyahıya salındı - ŞOK STATİSTİKA

965 03.12.2023 20:32 Dünya A A

Çində 8,5 milyondan çox insan ipoteka ödənişlərindən tutmuş istehlak kreditlərinə qədər borclarını ödəyə bilmədiyi üçün qara siyahıya düşüb.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu, ölkənin əmək qabiliyyətli əhalisinin 1%-i ilə müqayisədə rekord yüksək göstəricidir.

Məlumata görə, 2020-ci ilin ilk aylarında, COVID-19 pandemiyası zamanı ölkədə 5,7 milyon belə insan olub.

Belə ki, qara siyahıya kreditor tərəfindən məhkəməyə verilən, lakin hələ də vaxtından əvvəl borcunu qaytarmayan vətəndaşlar daxil edilib.

Bildirilib ki, qara siyahıya düşmək ölkədə bir çox maliyyə əməliyyatlarına girişdən məhrum olmaq deməkdir. Məsələn, borcunu ödəməyənlər mal və xidmətlərin ödənişi üçün mobil proqramlardan istifadə edə bilmir, yeni kredit götürə bilmir, qatar və ya təyyarə biletləri ala bilmir.

Məlumata görə, ev təsərrüfatları borcunun ümumi daxili məhsula nisbəti son on ildə təxminən iki dəfə artaraq sentyabr ayı üzrə 64%-ə çatıb. Digər statistik məlumatlar da borc vəziyyətinin pisləşməsini vurğulayır. "China Merchants Bank"ın məlumatına görə, 2022-ci ildə vaxtı 90 gün keçmiş kredit kartı ödənişlərinin sayı əvvəlki ilə nisbətən 26% artıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR