İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu nə şüardır, mister Bayden?” – Prezidenin seçki kampaniyası istehza hədəfi oldu

744 26.01.2024 14:55 Dünya A A

ABŞ-da məşhur “Gecənin gec saatı” axşam verilişinin aparıcısı Set Meyers Demokratlar partiyasını və ABŞ prezidenti Co Baydeni yaddaqalan kampaniya şüarları ilə çıxış edə bilməməsinə istehza edib.

Musavat.com xəbər verir ki, aparıcının sözlərini Fox News sitat gətirib.

“Demokratlar, bu məsələdə niyə bu qədər pissiniz? Bu, şüar deyil. Bu, vanna otağınızın güzgüsünə yapışdırdığınız kağızdakı ifadəyə bənzəyir”, - deyə Meyers Baydenin kampaniyasının Nyu-Hempşirdəki ilkin qələbəsindən sonra bir çox məhsulların üzərində “Birlikdə Donald Trampı yenidən məğlub edəcəyik” yazmaq qərarını şərh edib.

Bundan başqa, bildirilir ki, ötən ay Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında yenidən özünü rişxənd obyektinə çevirib. Belə ki, o, növbəti dəfə çaşqınlığa səbəb olan ifadə işlədib və tədbirdə jurnalistlərə suallar verməyi planlaşdırıb. Hər iki liderin açılış nitqindən sonra Bayden qəfildən elan edib ki, o və Zelenski növbə ilə iki sual verəcəklər və Amerika prezidentinin sualı birinci olacaq. Jurnalistlər isə baxışıblar ki, əslində əksinə olmalıdır, sualları prezidentlərə jurnalistlər verməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR