İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsulların həddindən artıq istifadəsi immun sistemini zəiflədir 

1042 18.10.2023 15:27 Səhiyyə A A

“İmmunitet sisteminin zəifləməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, həm xroniki iltihabi xəstəliklər, həm autoimmun xəstəliklər. Bunlarla bağlı istifadə edilən dərmanlar, həmçinin qeyri-sağlam həyat tərzi və qidalanma da immun sisteminin düzgün fəaliyyət göstərməsinə təsir edir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

 ZAKİR.jpg (144 KB)

Mütəxəssis-ekspert bildirib ki, immun sisteminin hüceyrələrinin effektiv fəaliyyəti üçün onların zəngin maddələrlə yaxşı təmin olunması mütləqdir:

“Buna görə də, karbohidratlar, şəkər və qırmızı ət, aşağı lifli rəfinə edilmiş məhsullar, doymuş yağlarla zəngin, çox duzlu, qatqılı qidalar və qablaşdırılmış məhsulların həddindən artıq istifadəsi immun sistemini zəiflədə bilər. Belə məhsulların tez-tez və həddindən artıq istifadəsi orqanizmdə iltihabın artmasına, xəstəliklərin inkişafına səbəb olur. Ona görə, vitaminlər, mineral və antioksidantlarla zəngin meyvə və tərəvəzlərdən daha çox istifadə etmək və pəhrizimizə əlavə etmək lazımdır. Məsələn, taxıl məhsulları, liflə zəngin tərəvəzlər, probiotiklə zəngin qatıq kimi süd məhsullarının istifadəsi həm də bağırsaq mikroflorasına təsir edərək, orqanizmin infeksiyalara qarşı müdafiəsini dəstəkləyir”.

Zakir Quliyev həmçinin qeyd edib ki, burada həyat tərzi də vacibdir:

“Düzgün olmayan yuxu rejimi, daimi stress, alkoqol və nikotin istifadəsi, hərəkətsizlik insan immun sisteminə ciddi mənfi təsir göstərir. Düzgün qidalanma və sağlam həyat tərzi infeksiyalardan qorunmaqda kifayət etməsə belə, immun sistemimizi daha yaxşı müdafiə üçün gücləndirir, əhval-ruhiyyəmizə və orqanizmimizə yaxşı təsir göstərir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR