İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsul ömrü uzadır

1088 11.07.2022 22:16 Səhiyyə A A

Dermatoveneroloq Yuliya Andreanova dərinin gözəlliyini qoruyub saxlamaqla yanaşı, ömrü uzadan məhsulların adını açıqlayıb.

Publika.az xəbər verir ki, mütəxəssis bu barədə “VM.ru”ya danışıb.

Həkimin sözlərinə görə, dənli bitkilər yaxşı sovrulur və orqanizmi təmizləməyə kömək edir. Həmçinin rasiona tərəvəz, meyvə, göyərti və giləmeyvə əlavə edilməlidir. Həkimin sözlərinə görə, fermentləşdirilmiş süd məhsulları da ömrü uzadır. Həkim süd məhsullarının bağırsaq mikroflorasını normallaşdırdığını qeyd edib.

“Bədən üçün ən faydalı qidalar tərkibində heyvan zülalı olan məhsullardır. Bunlar balıq və toyuqdur. Dəniz məhsulları insanlar üçün yod mənbəyinə çevrilə bilər. Həmçinin endorfin mənbəyi olduğu üçün tünd şokolad yemək tövsiyə edilir”, - Y.Adreanova bildirib.

Diyetoloq əlavə edib ki, xüsusilə şirin meyvələrin gündəlik rasionuna daxil edilməsi və hədsiz qəbulu çəkinin və qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR