İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Rusiya 28 milyard dollarlıq aqrar məhsul ixrac edib

540 06.09.2023 19:05 İqtisadiyyat A A

Ukraynadakı işğalçı müharibəni maliyyələşdirməkdə çətinlik çəkən Rusiya bütün mümkün yollarla ixracı genişləndirməyə çalışır.

Qara dəniz Taxıl dəhlizi razılaşmasından çıxan, Ukraynanın Dunay limanlarını bombalayan Moskva qlobal bazarları öz aqrar məhsullarından asılı vəziyyətə gətirmək niyyətindədir.

Onun bu çabaları ilkin nəticələrini verir. Belə ki, 2023-cü ilin ötən dövründə aqrar məhsullar ixracını kəskin artırmağa nail olub.

Bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev Dövlət Dumasında məlumat verib. Onun sözlərinə görə, cari ildə ölkə 28 milyard dollarlıq aqrar məhsul ixracına nail olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.Nazirin fikrincə, ilin yekununda Rusiya dünyada ən böyük aqrar ixracatçı olacaq.

Xatırladaq ki, 2022-ci ildə Rusiya qlobal bazarlara 41,6 milyard dollarlıq aqrar məhsul çıxarıb. Bu ilki proqnoz isə 42 milyard dollardır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR