İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il neftə tələbatın artımında Çinin rolu azalacaq  

457 18.01.2024 15:11 İqtisadiyyat A A


2023-cü ildə qlobal neft tələbatı ötən illə müqayisədə sutkada 2,254 milyon barel artıb.

Musavat.com
Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir ki, bir ay əvvəl agentlik bu rəqəmin sutkada 2,274 milyon barel olacağını proqnozlaşdırmışdı. Beləliklə, analitiklər tələb artımı təxminlərini sutkada 20 min barel azaldıblar.

BEA ekspertləri əvvəlki iki ildəki tələbə dair proqnozlarına dəyişiklik ediblə: 2022-ci il üçün sutkada 14 min barel artıraraq 99,468 milyon barelə çatdırıblar, lakin 2023-cü il üçün 6 min barel azaldaraq sutkada 101,722 milyon barel ediblər.

2024-cü ildə BEA neftə tələbatın əvvəlki illə müqayisədə sutkada 1,24 milyon barel artaraq 102,959 milyon barelə yüksələcəyini gözləyir. Bu, ötən ay verilən proqnozun 180 min barel artırıldığı deməkdir.
Agentlik analitikləri göstəricinin əhəmiyyətli dərəcədə yavaşlamasını tələbin pandemiyadan əvvəlki artım templərinə qayıtması ilə izah edirlər. Bu tendensiya 2023-cü ilin dördüncü rübündə göstəricinin üçüncü rübdəki artımla müqayisədə yavaşlaması ilə vurğulanır: 2,8 milyon bareldən 1,7 milyon barelə qədər.

Ekspertlər qeyd edirlər ki, Çin 2024-cü ildə qlobal neft tələbatının artımının əsas lokomotivi olaraq qalacaq. Ötən il bu, artımın 3/4-dən çoxunu təşkil edirdisə, bu il 60 faiz olacağı gözlənilir.
Müşahidə olunan qlobal neft ehtiyatları noyabrda 8,4 milyon barrel azalıb ki, bu da 2022-ci ilin iyulundan bəri ən aşağı səviyyədir. IEA xam neft və orta distillələrdə xüsusi çatışmazlıqların olduğunu vurğulayır. Tanker ehtiyatlarının 12 milyon barel azalması, qurudakı ehtiyatların 3,6 milyon barel artması ilə qismən kompensasiya edilib. Agentlik qeyd edir ki, neft məhsullarının ehtiyatları əhəmiyyətli dərəcədə - 24,6 milyon barel azalıb, neft ehtiyatları isə 16,2 milyon barel artıb.
OECD-nin kommersiya ehtiyatları noyabrda cüzi - 1,3 milyon barel artaraq 2,79 milyard barrelə çatıb ki, bu da beşillik orta göstəricidən 92 milyon barel aşağıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR