İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb, biri tapılıb

238 29.07.2022 17:28 Hadisə A A

Bu ilin birinci yarısında Gürcüstanda iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb.

Musavat.com "Report"a istinadən  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin ilk yarımil üzrə hesabatında bildirilib.

Sənədə əsasən, onların biri tapılıb, digərinin axtarışları isə davam etdirilir.

Hesabat dövründə Gürcüstanda ümumilikdə 78 nəfər itkin düşüb. Həmin şəxslərin 59-u tapılıb, 19-u isə axtarışdadır.

İtkin düşmüş digər əcnəbilərə gəlincə, axtarılan iki nəfər Rusiya vətəndaşının biri tapılıb, digərinin yerini isə müəyyən etmək hələ mümkün olmayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR