İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il 500-ə yaxın azərbaycanlı Türkiyədə ev alıb

771 17.05.2022 19:51 Yaşam A A

Bu ilin yanvar-aprel aylarında 453 azərbaycanlı Türkiyədən ev satın alıb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb. Belə ki, yanvarda 89, fevralda 93, mart da isə 115 azərbaycanlı Türkiyədən ev sahibi olub.

Qeyd edək ki, ötən il isə 1517 azərbaycanlı Türkiyədə mənzil alıb. Alıcıların daha çox üstünlük verdiyi şəhərlər İstanbul, Antalya və paytaxt Ankaradır.

Türkiyədə yanvar-aprel dövründə əcnəbilərə ev satışı əvvəlki ilin eyni dövrünə görə 48,9 faiz artaraq 20 min 791 olub.

Aprel ayında Rusiya vətəndaşları Türkiyədən 1152 ev satın alıblar. Rusiya vətəndaşlarından sonra Türkiyədə mənzil alanların sayına görə İran ikinci yerdə gəlir. Bu ölkənin vətəndaşları Türkiyədə 905 mənzil alıblar. Üçüncü yerdə gələn İraq vətəndaşları isə 714 mənzil alıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR