İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu günə qədər Azərbaycanda fəaliyyəti dayandırılan xarici TV kanalların siyahısı

863 21.04.2024 13:07 Media A A

Xəbər verdiyimiz kimi cari ilin yanvar ayında bir neçə provayder "Megogo" TV platformasına girişi bloklamışdı. Bir neçə gün əvvə isə ölkənin digər provayderləri də megogo.net saytına girişi qapadıb. Sözügedən beynəlxalq video xidmət platformasının Azərbaycan ərazisində yayımı tamamilə dayandırılıb.

Beləliklə, bu günə qədər aşağıdakı xarici TV kanalların və platformalarn Azərbaycanda fəaliyyəti dayandırılıb:
Megogo
İLOOK TV
VipDrive
TVLider
MeLord
İseeTV
ZeDoom
BrendTV
TOP İPTV
TTV
SHARA-CLUB
Only4.tv və s.

"Bəzi xarici TV-lərin saytları Azərbaycanda aktiv olsa da artıq onlarda da qeydiyyat və istifadə mümkünsüzdür".

Musavat.com bildirir ki, bu sözləri İKT sahəsi üzrə mütəxəssis Osman Gündüz bildirib.

"Məlum olduğu kimi, bir müddət öncə Audiovizual Şura ölkə ərazisində qanunsuz fəaliyyət göstərən xarici internet TV kanalların, yayımla məşğul olan xarici platformaların internet resurslarının bloklanması ilə bağlı məhkəməyə müraciət etmişdi.
Cari ilin əvvəli məhkəmə yuxarıda adı çəkilən və bu siyahıda olmayan digər bir çox audiovizual subyektlərə Azərbaycan ərazisindən girişin məhdudlaşdırılması haqqında qərar qəbul edib.
RİNN də bu qərarın icrası üçün provayderlərə müraciət edib.

Qeyd edim ki, "Media haqqında qanun" qüvvəyə minəndən sonra ölkə ərazisində internet üzərindən əlçatan olan bütün xarici TV subyektlər "platforma yayımçısı" və " sifarişli yayım operatoru" olaraq Audiovizual Şuradan lisenziya almalıdır", deyə Osman Gündüz vurğulayıb.

Xatırladaq ki, cari ilin yanvar ayında məhkəmə internet üzərindən yayılan bir çox xarici TV kanalların, o cümlədən də "Megogo TV" platformasının ölkə əraizisində bloklanması haqqında qərar qəbul etmişdi. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR