İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu görüntülər gündəm oldu - Pul verib yaşlı kişinin başında yumurta qırdı (VİDEO)

1134 04.02.2023 23:00 Gündəm A A

Sosial şəbəkələrdə yayılan bir video istifadəçilərin s'rt reaksiyasına səbəb olub.

Musavat.com xəbər verir ki, görüntülərdə gənc oğlan 100 TL qarşılığında küçənin ortasında yaşlı kişinin başında 6 yumurta sındırıb.

Sözügedən görüntülər Türkiyədə çəkilib. Küçədə pul müqabilində insanları istədiklərini etməyə məcbur edən və onu videoya çəkən gənc bu dəfə yaşlı kişi ilə anlaşıb.

“Əgər başınızda yumurta sındırsam, 100 lirə sizin olacaq” deyən gənc yaşlı kişinin başında 6 yumurta qırıb. Ətrafdakı vətəndaşların baş verənləri gülərək alqışlaması da diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri bu vəziyyətə sərt reaksiya verərərk gəncin yaşlı kişini alçaltmasına qəzəblənib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR