Astroloqların fikrincə, may ayının son günləri bəzi bürclər üçün maliyyə baxımından olduqca uğurlu keçəcək.
Musavat.com xəbər verir ki, planetlərin düzülüşü xüsusilə pul, karyera və yeni imkanlarla bağlı müsbət enerjilər vəd edir. Mütəxəssislər bildirirlər ki, bəzi bürclər gözlənilməz qazanc əldə edə, yeni gəlir qapıları aça və maliyyə vəziyyətini gücləndirə bilər.
Buğa
Buğalar üçün mayın sonu maddi baxımdan şanslı dövr hesab olunur. Uzun müddətdir çəkilən zəhmətin qarşılığı alınmağa başlayacaq. Yeni iş təklifi, maaş artımı və ya əlavə qazanc imkanı gündəmə gələ bilər. Astroloqlar Buğalara riskləri düzgün qiymətləndirməyi tövsiyə edir.
Şir
Şirlər maliyyə sahəsində diqqət mərkəzində olacaq. Xüsusilə yaradıcılıq və rəhbərlik tələb edən işlərdə uğur əldə edə bilərlər. Gözlənilməz pul axını və yeni əməkdaşlıqlar onların gəlirini artıra bilər.
Əqrəb
Əqrəblər üçün maliyyə vəziyyətində dönüş nöqtəsi yaxınlaşır. Borcların bağlanması, uğurlu müqavilə və ya sərfəli investisiya ehtimalı yüksək qiymətləndirilir. Astroloqlar bu bürcə aid insanların intuisiiyasına güvənməsini tövsiyə edir.
Oğlaq
Oğlaqların uzunmüddətli planları nəticə verməyə başlayacaq. İş həyatında atılan addımlar gəlir artımına səbəb ola bilər. Xüsusilə rəhbərlik və bizneslə məşğul olan Oğlaqlar üçün uğurlu dövr olacağı bildirilir.
Dolça
Dolçalar üçün yeni layihələr və fərqli qazanc imkanları ön plana çıxır. Xariclə bağlı işlər, onlayn fəaliyyətlər və yaradıcı ideyalar gəlir mənbəyinə çevrilə bilər. Astroloqlar bildirirlər ki, mayın son günləri Dolçalar üçün maddi sürprizlərlə dolu olacaq.
Musavat.com






