İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu Avropa ölkəsi Rusiyadan qaz alışını getdikcə artırır

1342 11.05.2024 21:56 Dünya A A

Aprel ayında Rusiya İspaniyaya maye qaz (LNG) satışında ikinci yeri tutub.

Musavat.com xəbər verir ki, bu, “Enagás” enerji şirkətinin dərc etdiyi məlumatlardan aydın olur.

Şirkətin məlumatına görə, 2024-cü ilin aprelində krallıq Rusiyadan 5342 GVt/saat ekvivalentində LNG (ümumi həcmin təxminən 20 faizi) alıb. Nəticədə Rusiya krallığa bu yanacağın tədarükünə görə Əlcəzairdən sonra ikinci yeri tutub. 2024-cü ilin ilk dörd ayında Madrid Rusiyadan 26 854 GVt/saat qaz alıb və yenə də LNG-nin ikinci əsas tədarükçüsü olaraq qalır.

Rusiyanın Madriddəki səfiri Yuri Klimenkonun TASS-ın müxbirinə verdiyi məlumata görə, İspaniya 2022-2023-cü illərdə Avropa İttifaqında Rusiya maye qazının əsas alıcısına çevrilib. Diplomatın fikrincə, iqtisadi baxımdan Rusiya ilə imzalanmış iri uzunmüddətli müqaviləni pozmaq krallığa sərfəli deyil. Bundan əlavə, Klimenko diqqəti ona yönəldib ki, İspaniya mövcud saxlama və qazlaşdırma imkanlarından istifadə edərək öz qazının bir hissəsini digər Avropa ölkələrinə aktiv şəkildə reeksport edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR