İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Ruslar Pobedanı BOMBALAYIR, Kremldən ŞOK hədə - CANLI

566 22.02.2024 15:00 Gündəm A A

Rusiya qoşunları Donetksdə Pobeda yaşayış məntəqəsini tutublar. Musavat.com-un verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev işğal olunmuş ərazilərdəki ukraynalıları Sibirə göndərməklə hədələyib.

Rusiya telekanalına müsahibə verən Medvedev bu yolla ukraynalıları “tərbiyələndirməyi” təklif edib. Medvedev deyib ki, işğal olunmuş ərazilərdə “Rusiyaya zərər verən insanlar” var.

Onun fikrincə, onları Sibirə göndərmək lazımdır: “Əgər bunlar Rusiyaya zərər verən insanlardırsa, onları ifşa etmək və cəzalandırmaq, Sibirə göndərmək lazımdır. Bax belə. Onları məcburi əmək düşərgələrində yenidən tərbiyələndirmək lazımdır”.

Medvedev deyib ki, işğal olunmuş ərazilərin sakinləri Rusiyanın buraya “həmişəlik qayıtdığını” bilməlidirlər. Həmin müsahibədə Medvedev müharibə və Kiyev haqqında da yeni bəyanatlar verib.

O, Ukraynanın paytaxtını “Rusiya şəhəri” hesab etdiyini bildirib. Onun fikrincə, rus qoşunlarının məhz Kiyevə çatandan sonra dayanması lazımdır. Medvedev həmçinin bildirib ki, Odessa “evə qayıtmalı olan Rusiya şəhəridir”.

“Ukrayna Silahlı Qüvvələri F-16 qırıcılarından Rusiya ərazisinə zərbələr endirə biləcək”. Bunu isə NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Ukraynanın hər bir müttəfiqi qırıcıların Kiyevə verilib-verilməməsinə özü müstəqil qərar verəcək:

“Bununla belə, Ukrayna ordusu təhvil verilmiş bütün F-16-lardan Rusiyanın qanuni hərbi obyektlərinə hücumlar da daxil olmaqla, özünümüdafiə üçün istifadə edə biləcək”.

Baş katib qeyd edib ki, Kiyevin bütün müttəfiqləri F-16-ların tez bir zamanda verilməsini istəyirlər, lakin pilotlar və texniki heyət yaxşı təlim keçərsə, qırıcıların təsiri daha çox olacaq.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu ilə Ukrayna cəbhəsini müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR