İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü bitdi, Paşinyan Putinin yanına nə zaman qaçacaq? – Elxan Şahinoğlu ilə “Canlı debat”

939 23.05.2022 11:31 Gündəm A A

Brüssel görüşü – Belçika paytaxtında 3 lider arasında görüşün nəticəsi necə olacaq? İlham Əliyev Azərbaycanın şərtlərini yenə vurğulayıb. Əsas məsələlərdən biri Ermənistanın 10 niyabr sazişinə əməl etməsi, mina mövzusu və 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyi. Bu şərtlər Ermənistan tərəfdən nə zamansa qəbul ediləcəkmi? Görüşü təşkil edən Avropa İttifaqının əlində hansısa mexanizm varmı Ermənistanı konstruktiv mövqeyə cəlb etməyə? Danışıqların Brüsselə Moskvanın nəzarətində, moderatorluğunda aparılması bizi əsas hədəfdən yayındırmağamı hesablanıb? Sülhə çatma prosesi hansı mərkəz tərəfdən aparılsa effektiv olar: Brüssel, yoxsa Moskva?

Rusiya-Ukrayna müharibəsindəki son durum nədən xəbər verir? İrəliləmə hansı tərəfin xeyrinədir?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 12.00-də Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR