Britaniyanın yeni Baş naziri Endi Bernhem öz kabinetinin formalaşdırılmasını başa çatdırıb.
Musavat.com Baş nazir ofisinin açıqlamasına istinadən xəbər verir ki, 2024-cü ildən bu yaxınlara qədər müdafiə naziri vəzifəsində çalışan Con Heli yeni maliyyə naziri olacaq.
O, müdafiə maliyyəsinin olmaması ilə bağlı keçmiş Baş nazir Kir Starmerlə fikir ayrılıqlarına görə bu ilin iyun ayında istefa vermişdi. 2010-cu ildən 2015-ci ilə qədər Leyborist Partiyasının lideri olan Ed Miliband Xarici işlər naziri vəzifəsini icra edəcək.
Şabana Mahmud 2025-ci ildən etibarən tutduğu Daxili işlər naziri vəzifəsində qalacaq.
Əvvəl Xarici işlər naziri olan İvet Kuper Səhiyyə naziri təyin edilib.
Əvvəl Səhiyyə naziri olan Ues Stritinq Müdafiə naziri təyin edilib.
2024-cü ildə Nəqliyyat naziri olan Luiz Heyq Birinci Dövlət Katibi, Lankaster Hersoqluğunun Kansleri və Böyük Britaniya Hökumət Ofisinin Dövlət Naziri təyin edilib.
Pat Makfadden İş və pensiya naziri, Liza Nandi isə Mədəniyyət, media və idman naziri, Bridcet Filipson Qadınlar və bərabərlik naziri, Heydi Aleksandr Nəqliyyat naziri olaraq qalıb.
Lusi Pauell Təhsil naziri, Aleks Norris Lord kansler və Ədliyyə naziri, Angela İql isə Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri, Miatta Fahnbulleh Enerji təhlükəsizliyi və sıfır xalis enerjiyə keçid naziri,
Angela Rayner Mənzil, icmalar və yerli özünüidarəetmə naziri, Conatan Reynolds isə Biznes, innovasiya, elm və ticarət naziri, Emma Reynolds Maliyyə Nazirliyinin Baş katibi təyin edilib.
Açıqlamaya görə, Börnhem ümumilikdə 27 təyinat həyata keçirib.
Vəzifələrini itirən Nazirlər Kabineti üzvləri arasında Reyçel Rivz, Devid Lemmi, Darren Cons, Stiv Rid, Peter Kayl, Riçard Hermer, Liz Kendall, Co Stivens və Hilari Benn var.
Musavat.com






