İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın Ukrayna üçün yaratdığı fonda yığılan vəsait açıqlandı

899 15.03.2024 18:48 Dünya A A

Böyük Britaniya tərəfindən yaradılmış Ukraynaya Beynəlxalq Yardım Fonduna donorlar tərəfindən təxminən 900 milyon funt sterlinq (1,14 milyard dollar) yatırılıb.

Musavat.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Heppi məlumat verib.

Müxalif Leyboristlər Partiyasının kölgə müdafiə naziri Con Healeynin sualına yazılı cavabda Heppi qeyd edib: “Bu günə qədər 7 ölkə Beynəlxalq Ukrayna Fonduna 896 milyon funt sterlinq yardım edib”.

Böyük Britaniyanın fonda 500 milyon funt sterlinq bağışladığını vurğulayan Ceyms Heppi Danimarka (133 milyon funt), Norveç (119 milyon funt), Niderland (110 milyon funt), İsveç (26 milyon funt sterlinq), Litva (5 milyon funt sterlinq), İslandiya (3 milyon funt-sterlinq) tərəfindən də yardım olunduğunu bildirib.

Bundan əlavə, Avstraliya fonda 50 milyon Avstraliya dolları (33 milyon dollar) köçürmək niyyətində olduğunu açıqlayıb. Yeni Zelandiya 6,5 milyon Yeni Zelandiya dolları (4 milyon dollar) töhfə verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR