İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın Baş naziri: Azərbaycan COP29-un öhdəsindən layiqincə gələcək

433 14.03.2024 11:59 Dünya A A

Azərbaycan COP29-un öhdəsindən layiqincə gələcək və tədbir çox yaxşı səviyyədə keçiriləcək.

“Report” xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın (Rishi Sunak) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

O vurğulayıb kii, ölkəsi COP26 təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır:
“Biz ədalətli enerji siyasətinin müəyyən edilməsinin zərurətini anlayırıq. Biz iqlim dəyişikliyinin aradan qaldırılması üçün trilyonlarla vəsait səfərbər edəcəyik”.

Qeyd edək ki, R.Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) səsləndirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR