İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı deputat: Azərbaycanın minatəmizləmə təcrübəsi gələcəkdə Ukraynada tətbiq edilə bilər

357 04.04.2023 23:53 Son xəbər A A

Ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi Britaniya Parlamentində yüksək qiymətlərilib və dünya üçün nümunə olaraq göstərilib.

APA-nın xəbərinə görə, 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü münasibətilə Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord “Azərbaycan – neft, mütərəqqi düşüncə və minalar ölkəsi” başlıqlı məqalə ilə çıxış edib. Məqalə adı çəkilən parlament qrupunun rəsmi internet səhifəsində dərc olunub. (https://www.appg-explosive-threats.co.uk/)

Məqalədə dağıdılmış Ağdam şəhərinə ötən ilin mayında səfərini xatırlayan müəllif, Ermənistanla 30 illik münaqişə zamanı Azərbaycan ərazisinə minlərlə mina basdırıldığını, raket və bomba atıldığını qeyd edib.

Beynəlxalq QHT-lərin köməkliyi və Britaniya Hökümətinin maliyyə yardımı nəticəsində, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tədricən ərazini partlayıcı maddələrdən təmizlədiyi bildirilib. Bu günədək 19 000 hektardan artıq ərazidə 55 000-dən çox partlayıcı təmizləndiyi qeyd olunub.

Məqalədə Britaniya höküməti ərazilərin minalardan təmizləməsində ANAMA-nın fəaliyyətini nümunəvi hesab edərək gələcəkdə Ukraynada tətbiq etməyi planlaşdırdığı qeyd olunub.


Aytən Abbaslı

APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR