İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Rusiya almazının idxalını qadağan etdi

323 15.12.2023 00:56 Dünya A A

Britaniya 2024-cü il yanvarın 1-dən Rusiyadan almaz idxalına qadağa tətbiq edəcək.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Böyük Britaniya hökuməti Rusiyadan almaz idxalını qadağan edən qanunvericilik aktı təqdim edir və beynəlxalq tərəfdaşlar hazır olduqda metallarla bağlı yardımçı xidmətlərə də qadağa tətbiq etməyi planlaşdırır.

Sənəddə qeyd edilir ki, Rusiya almazlarının idxalına qoyulan qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, bundan əvvəl G7 ölkələri 2024-cü ilin 1 yanvarından Rusiyadan almaz idxalına qadağa qoymaq barədə razılığa gəliblər. Gələn il ərzində həmçinin üçüncü ölkələridə Rusiyadan xammal şəklində alınan almazlardan əldə edilən zinət əşyalarının idxalı da dayandırılacaq.
Rusiyanın almaz ixracından illik qazancı 4,7 milyard dollar həcmində qiymətləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR