İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya büdcəsində rekord profisit qeydə alınıb

628 21.02.2024 19:36 Dünya A A

Böyük Britaniyada yanvar ayında 16,7 milyard funt sterlinq (21,07 milyard dollar) büdcə profisiti qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Britaniya Milli Statistika İdarəsinin (ONS) hesabatında açıqlanıb.

Hesabatdan aydın olur ki, bu rəqəm 2023-cü ilin yanvar ayı ilə müqayisədə iki dəfədən çox artıb və bütün hesablama tarixində, yəni 1993-cü ildən bəri yeni rekorda çatıb.

Büdcə gəlirləri illik müqayisədə 3,4 faiz artaraq rekord həddə - 119,5 milyard funta, xərclər isə 4,8 faiz azalaraq 102,8 milyard funta çatıb.

Maliyyə ilinin əvvəlindən, yəni 2023-cü ilin aprelindən bəri yeni hökumət borclarının ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 milyard funt sterlinq azalaraq 96,6 milyard funt sterlinq təşkil edib.

Böyük Britaniyanın dövlət borcunun ümumi həcmi (dövlət banklarından alınan borclar istisna olmaqla) yanvarın sonunda 2,65 trilyon funt sterlinq və ya ölkə ÜDM-nin təxminən 96,5 faizini təşkil edib. Dövlət borcunun ÜDM-ə nisbəti 1960-cı illərin sonlarından bəri ən yüksək səviyyədə olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR