İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya ABŞ-a Yaxın Şərqdə həm dəstək verəcək, həm də verməyəcək

405 02.02.2024 11:25 Son xəbər A A

Böyük Britaniya ABŞ-ın Yaxın Şərqdə İranın dəstəklədiyi hədəflərə qarşı cavab zərbələrinə qoşulmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, London “geniş regional münaqişədən” qaçmaq istəyir və Tehranı “Suriya və İraqda dəstəklədiyi silahlı qruplaşmalar üzərində nəzarəti nümayiş etdirməyə” çağırır. Eyni zamanda, Şapps qeyd edib ki, Böyük Britaniya Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün Yəmənin üsyançı hərəkatı “Ənsar Allah” təşkilatı (əl-Husinin davamçıları) ilə mübarizədə ABŞ-la əməkdaşlığı davam etdirəcək. Şapps krallığın hakimiyyət orqanlarının döyüş bölgəsinə Britaniya təyyarədaşıyan gəmisinin göndərilməsi imkanını nəzərdən keçirdiyi barədə məlumatları təkzib edib.

Ukraynadakı münaqişədən danışan Şapps Britaniyanın Kiyevə yardımı davam etdirmək istəyini təsdiqləyib. “İranlılar da daxil olmaqla hamı bizə baxır: həqiqətənmi səbrimiz tükənəcək və biz aradan çıxacağıq? Çin də, Şimali Koreya da Hind-Sakit okean regionunda hərəkətlərimizi izləyir. Ukraynanın öz ölkəsində uğur qazanması bizim milli maraqlarımız və Qərb sivil dünyası üçün son dərəcə vacibdir”, - deyə nazir Vaşinqtona səfəri zamanı bildirib.

Şapps əlavə edib ki, artan qlobal gərginlik fonunda Britaniya ordusunun işə qəbul dərəcələri yanvar ayında keçən illə müqayisədə demək olar ki, iki dəfə artıb. “The Daily Telegraph” hesab edir ki, 2023-cü ildə ayda orta hesabla 5,300 nəfərlə müqayisədə keçən ay 10,800 britaniyalı orduda xidmət etmək üçün qeydiyyatdan keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR