İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada prezidentin impiçmentinə çağırış – Qəzzaya görə

530 20.02.2024 14:14 Dünya A A

100-dən çox braziliyalı deputat İsrailin Qəzza zolağındakı hərəkətləri barədə söylədiyi sözlərə görə ölkənin hazırkı prezidenti Luis İnasio Lula da Silvanın impiçment edilməsi təşəbbüsünü dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə Braziliya Deputatlar Palatasının üzvü Karla Zambelli X sosial şəbəkəsində məlumat verib.

Zambelli hazırkı prezidentə impiçment elan etmək istəyən 108 deputatın siyahısını dərc edib ki, bu da palata üzvlərinin ümumi sayının beşdə birini təşkil edir.

Deputat həmçinin braziliyalıları təşəbbüsü dəstəkləmək üçün parlamentarlarla əlaqə saxlamağa çağırıb.

Deputatların ümumi sayının üçdə ikisi (513 nəfərdən 342-si) impiçmentin lehinə olarsa, o zaman ərizə baxılmaq üçün Federal Senata təqdim olunacaq. Onun qərarına əsasən, prezident vəzifəsindən kənarlaşdırıla bilər.

Bundan əvvəl Braziliya prezidenti Qəzzada baş verənləri Holokostla müqayisə edərək soyqırım adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu və xarici işlər naziri İsrael Katz Lula da Silvanın bəyanatını tənqid edərək, onu İsrailin özünümüdafiə haqqını inkar etməkdə və yəhudi xalqına zərər verməyə çalışmaqda ittiham ediblər.

Fevralın 19-da İsrail Braziliyanın başçısını persona non-qrata elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR