İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya millisinin hücumçusu "Yuventus"a keçə bilər

444 20.03.2022 14:17 İdman A A

Braziliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Qabriel Jezus karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "Daily Star" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 25 yaşlı hücumçu ilə maraqlanır.

"Şəhərlilər" yay transfer dönəmində Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən Erlinq Holannı alsa, Turin təmsilçisi Jezus üçün danışıqlara başlayacaq. "Qoca sinyora" forvard üçün "Mançester Siti"yə 65 milyon funt sterlinq təklif edəcək.

Qeyd edək ki, Qabriel Jezus 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR