İnsanlara hürriyət, millətlərə istiqlal!

BP Qırmızı dənizlə neft daşınmasını dayandırdı – Bazarda qiymətlər sürətlə bahalaşır  

912 18.12.2023 16:56 Siyasət A A

 

Böyük Britaniyanın neft-qaz nəhəngi BP Qırmızı dənizlə neftin tankerlə daşınmasını dayandırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik BP-nin açıqlamasından sitat gətirir: "Qırmızı dənizdə naviqasiya üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda BP bütün tranzit daşımaları müvəqqəti olaraq dayandırmaq qərarına gəlib".

Qeyd edək ki, bundan əvvəl Maersk, MSC və Hapag-Lloyd da daxil olmaqla bir neçə gəmiçilik şirkəti təhlükəsizliklə bağlı Qırmızı dənizdə konteyner daşımalarını dayandırmaq qərarına gəlib və problemin siyasi həllinə çağırıb.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin Ənsar-Allah hərəkatının husi üsyançıları Qəzzada hərbi əməliyyatlar dayandırılmayınca İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab sularından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar. Onlar son günlərdə 20-dən çox gəmini PUA-larla atəşə tutublar. ABŞ və Böyük Britaniya Qırmızı dənizə PUA-lara qarşı mübarizə üçün hərbi gəmilər göndəriblər.

Qırmızı dənizdə daşımaların dayandırılması dünya neft bazarında qiymətlərin sürətlə artmasına səbəb olub. Bu gün hərraclar başlayandan Brent etalon marka neftin qiyməti 4 dollara yaxın artaraq 78 dollara çatıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR