İnsanlara hürriyət, millətlərə istiqlal!

BP neftin gələcəyinə dair proqnozunu açıqladı: 2050-ci ilədək...

1847 10.07.2024 20:39 İqtisadiyyat A A

Britaniyanın neft və qaz şirkəti BP qlobal neft tələbinin bu onilliyin sonuna qədər eyni səviyyədə qalacağını, sonra isə azalmağa başlayacağını gözləyir.

Musavat.com xəbər verir ki, bu proqnoz BP-nin dərc etdiyi enerji bazarlarının illik icmalında əksini tapıb.

Şirkətin gözləntilərinə əsasən 2050-ci ilə qədər qlobal neft tələbatı sutkada 75 milyon barelə qədər azalacaq.

2030-cu ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon bareldən bir qədər çox olacaq, sonra tədricən azalmağa başlayacaq. BP qeyd edir ki, neftə tələbatın azalması nəqliyyat sektorunda istehlakın azalması ilə bağlı olacaq. Şirkət analitiklərinin fikrincə, yerüstü nəqliyyatda alternativ yanacaqlardan istifadə, xüsusilə də elektrik mühərriklərindən istifadə artacaq.

Eyni zamanda neft istehlakı, BP-nin gözlədiyi kimi, 2035-ci ilə qədər neft-kimya sənayesində artacaq. BP qeyd edir ki, artan rifah səviyyəsi fonunda istehsalında neftdən istifadə edən məhsulların, o cümlədən plastik və tekstil məmulatlarının istehlakı da artacaq: "Bununla belə, bütün nəqliyyat növləri üzrə neft istehlakında geniş əsaslı azalmalar 2040-cı illərdə təqribən gündə 25 milyon barel səviyyəsinə çatacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR