İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük sızma: 500 min xəstənin məlumatı satışa çıxarıldı

1007 23.04.2026 21:27 Dünya A A

Böyük Britaniyada yüz minlərlə insanın tibbi məlumatlarının sızdırıldığı və xarici platformada yayıldığı barədə ciddi iddialar gündəmə gəlib.

Musavat.com xəbər verir ki, yayılan məlumatlara əsasən, təxminən 500 min britaniyalıya aid səhiyyə məlumatları Çin mənşəli veb-saytda satışa çıxarılıb. Rəsmi qurumlar isə bu məlumatların tam şəkildə anonimləşdirildiyinə zəmanət verə bilmədiklərini açıqlayıblar.

Qeyd olunur ki, məlumat bazasında xəstələrin sağlamlıq göstəriciləri, diaqnozlar və digər həssas tibbi detalları əks etdirən informasiyalar yer alır. Ekspertlər bildirir ki, belə məlumatlar digər mənbələrlə müqayisə olunduqda şəxslərin kimliyinin müəyyənləşdirilməsi riski artır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR