İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük şirkətlərin dividend ödənişləri rekord həddə çatıb

566 24.05.2024 00:07 Dünya A A

Bu ilin birinci rübündə dünyanın ən böyük şirkətləri tərəfindən ödənilən dividendlərin ümumi həcmi rekord məbləğ - 339,2 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu məlumat Böyük Britaniyanın Janus Henderson Investors şirkətinin araşdırmasında əksini tapıb. Bildirilir ki, bu göstərici ötən ilin analoji dövrünün göstəricisindən 2,4 faiz çoxdur.

Dividend ödənişlərini ən çox artıran kifayət qədər nağd pulu olan və onun bir hissəsini səhmdarlara paylamağa hazır olan Amerika şirkətləridir. Yanvar-mart aylarında onların dividend ödənişləri 7 faiz artaraq 164,3 milyard dollara çatıb ki, bu da tarixi maksimumdur.

Bunlara Microsoft Corp., Apple Inc., JPMorgan Chase & Co., Chevron Corp., Johnson & Johnson və Verizon Communications daxildir. Bundan əlavə, Costco Wholesale yanvar ayında müntəzəm ödənişinə əlavə olaraq ümumi məbləği təxminən 6,7 milyard dollar (səhm üçün 15 dollar) olan xüsusi dividend ödəyib.

Səhmdarlara müntəzəm dividend ödəyənlər sırasına Meta və telekommunikasiya şirkəti olan T-Mobile kimi yeniləri də qoşulub.
Avropanın əczaçılıq nəhəngləri Novartis və Roche yanvar-mart aylarında müvafiq olaraq 8,6 milyard və 7,6 milyard dollarlıq rəqəmlərlə dünyanın ən böyük dividend ödəyiciləri olublar. Eyni zamanda 2023-cü il üçün ən çox dividend ödəyən Microsoft və Apple şirkətləri müvafiq olaraq dördüncü və səkkizinci yerə düşüblər.

Çinin Alibaba şirkəti Janus Henderson reytinqində debüt edib - 2,6 milyard dollardan bir qədər az ödəyib və 20-ci yerdə qərarlaşıb.
Ekspertlər proqnozlaşdırırlar ki, 2024-cü ilin sonuna qədər dünyada ödənilən dividendlərin ümumi həcmi 5 faiz artaraq rekord həddə - 1,72 trilyon dollara çatacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR