İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada Avropa siyasi birliyinin sammiti başladı - Azərbaycan və Ermənistan da orada

474 18.07.2024 14:34 Dünya A A

İyulun 18-də Böyük Britaniyada Avropa siyasi birliyinin dördüncü sammiti açılıb. Britaniya baş nazirinin ofisinin məlumatına görə, tədbirdə 45 avropalı lider, həmçinin NATO, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcəklər. Sammitin əsas mövzuları Ukraynada münaqişə, enerji təhlükəsizliyi, miqrasiyadır, məqsəd isə "Avropa daxilində və onun sərhədləri yaxınlığında münaqişə və qeyri-sabitliyə cavab olaraq birliyi qorumaqdır".

Avropa siyasi birliyi 2022-ci ilin mayından mövcuddur. Onun yaradılmasına Fransa təşəbbüs göstərib.

Birlik ildə iki dəfə sammit keçirir, 44 ölkənin liderləri dəvət olunur. Onların arasında Azərbaycan, Ermənistan, Britaniya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna da var. Avropa siyasi birliyini sammitləri ardıcıl olaraq Çexiya, Moldova, İspaniyada keçirilib.

Sammitin planı belədir: əvvəlcə plenar sessiyanın açılışı, sonra miqrasiya, energetika və rabitə, həmçinin demokratiyanın müdafiəsi və təmin edilməsinə həsr olunmuş üç “dəyirmi masa”; sammit plenar sessiyanın bağlanışı ilə başa çatacaq.

Görüş NATO-nun Vaşinqtondakı sammitindən bir həftə sonra keçirilir, həmin tədbirdə də əsas mövzulardan biri Ukrayna olub.

Sammitdə Azərbaycan və Ermənistan liderləri də iştirak edəcəklər. Onların arasında iki tərəfli görüşün keçirilməsi istisna deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR