İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya, Yaponiya və İtaliya yeni nəsil qırıcı təyyarə istehsal edəcək  

432 14.12.2023 15:50 Dünya A A

 

Böyük Britaniya, Yaponiya və İtaliya müdafiə nazirləri qabaqcıl döyüş təyyarəsinin yaradılmasına yönəlmiş proqram yaratmaq üçün müqavilə imzalayıblar.

Musavat.com “Reuters”ə istinadən məlumat verir ki, üç ölkənin müdafiə nazirləri Tokioda bir araya gəliblər. Bildirilib ki, döyüş təyyarəsinin yaradılması ilə bağlı plan ötən ilin dekabr ayında elan edilmişdi.

Qeyd edək ki, bu Yaponiyanın müdafiə sənayesi sahəsində ABŞ-dan sonra başqa ölkə ilə ilk razılaşmasıdır. Layihələndirmənin 2025-ci ildə, tədarükə isə 2035-ci ildə başlanması planlaşdırılır. Müqavilə yalnız parlamentlər tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Məqsəd Böyük Britaniya və Yaponiya qırıcılarının inkişafı proqramlarını birləşdirməkdir. Birgə proqramın rəsmi adı Qlobal Döyüş Hava Proqramıdır (GCAP). Böyük Britaniya qırıcıların inkişafı proqramının qərargahı üçün ev sahibi seçilib. Proqramın baş icraçı direktoru Yaponiyadan olan nümayəndə olacaq. Britaniya hökumətinin məlumatına görə, yeni qırıcı indiki sistemlərdən 10 min dəfə güclü radardan istifadə edəcək.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR