İnsanlara hürriyət, millətlərə istiqlal!

“Borjomi”nin istehsalı dayandırılıb

1011 29.04.2022 14:11 Region A A

Gürcüstanda “Borjomi” mineral sularının istehsalı bu gündən müvəqqəti dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “IDS Borjomi” şirkətindən bildirilib.

Məlumata əsasən, Ukraynada hərbi əməliyyatlar başlayandan şirkət çətin vəziyyətlə üzləşib: “Şirkətin məhsullarının əsas istehlak bazarlarında mürəkkəb vəziyyət bank hesablarına çıxışın məhdudlaşdırılması ilə ağırlaşıb, bu da şirkətin valyuta gəlirləri əldə etmək və kreditorlarla hesablaşma imkanlarını bağlayıb”.

Qeyd olunub ki, şirkət vəziyyəti əhəmiyyətli dərəcədə düzəltmək ümidi ilə bu günə qədər fəaliyyətini davam etdirir, lakin təəssüf ki, indiyə qədər bu mümkün olmayıb. Şirkət hər iki qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti dayandırmağa məcbur olub.

“IDS Borjomi” vəziyyətin yaxın gələcəkdə yaxşılaşacağı və fəaliyyətini bərpa etmək imkanının olacağına ümidvarlıq ifadə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR