İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan Rusiyanın atom yanacağından imtinaya başladı

526 20.04.2024 22:57 Son xəbər A A

Bolqarıstan AES-lərində Rusiya yanacağından istifadədən imtina yolunda ilk addımı atıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın “Westinghouse” şirkəti tərəfindən VVER-1000 reaktorlu beşinci enerji bloku üçün istehsal olunan nüvə yanacağının ilk partiyası Bolqarıstanın “Kozloduy” AES-nə çatdırılıb. Yükü ölkənin texniki hökumətinin baş naziri Dimitar Qlavçev və energetika naziri Vladimir Malinov qarşılayıb.

“Gözləyirəm ki, bazar ertəsi Bolqarıstanın Nüvə Tənzimləmə Agentliyi bu yanacaq növünün enerji bloku üçün istifadəsinə icazə verəcək və may ayında planlı təmir zamanı reaktora yüklənəcək”, - Malinov jurnalistlərə bildirib.

2022-ci ilin dekabrında Bolqarıstanın “Kozloduy” atom elektrik stansiyasının rəhbərliyi “Westinghouse” ilə AES-in beşinci enerji bloku üçün nüvə yanacağının tədarükünə dair 10 illik müqavilə imzalayıb. Bildirilib ki, AES-də yeni yanacağın istifadəsi üçün lisenziya 2024-cü ildə alınacaq, lakin müqavilədə işlənmiş yanacağın utilizasiyası nəzərdə tutulmadığı üçün o, stansiyada ixtisaslaşmış sahədə saxlanılacaq.

Bundan əvvəl Bolqarıstan hökuməti “Kozloduy” AES-də VVER-1000 reaktorları üçün nüvə yanacağının tədarükünün şaxələndirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb və bunu rəqabətin təmin edilməsi zərurəti ilə əsaslandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR