İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan parlamentinə hansı qüvvələr düşür?

334 03.04.2023 16:54 Son xəbər A A

Bolqarıstanda aprelin 2-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, GERB Partiyası və Demokratik Qüvvələr İttifaqı 26,5 faiz, Yeniliklərə Davam Partiyası və Demokratik Bolqarıstan Partiyası 24,9 faiz səslə önə çıxırlar.

Dirçəliş Partiyası 14,4 faiz, Hüquq və Azadlıq Hərəkatı 12,9 faiz, Sosialist Partiyası 8,9 faiz, Belə Xalq Var Partiyası 4,2 faiz səslə göstərilir.

Proporsional üsulla (partiya siyahıları üzrə) seçilən Bolqarıstan parlamenti 240 deputatdan ibarətdir. Hökumət qurmaq üçün 121 mandat gərəkdir.

2021-ci il aprelin 4-də və iyulun 11-də, 2022-ci il oktyabrın 2-də keçirilmiş parlament seçkilərindən sonra hökumət qurmaq mümkün olmayıb. 14 noyabr 2021-ci il seçkisindən sonra qurulan hökumət isə 2022-ci il iyunun 22-də dağılıb.

Parlament respublikası olan Bolqarıstanda dövlət başçısı funksiyasını prezident yerinə yetirir. 2016 və 2021-ci illərdə Sosialist Partiyasının təmsilçisi Rumen Radev prezident seçilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR