İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqar spiker: Azərbaycanla münasibətlərimiz strateji tərəfdaşlıq zəminində inkişaf edir

223 04.03.2024 14:43 Dünya A A

Azərbaycanla Bolqarıstan arasında münasibətlər strateji tərəfdaşlıq zəminində inkişaf edir.

"Report" xəbər verir ki, bunu Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov martın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

R.D.Jelyazkov iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxunub. Qonaq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR