İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgəyə BMT missiyası gələrsə...

695 14.02.2023 08:50 Yazarlar A A

Türkiyədəki dəhşətli zəlzələ hər şeyi unutdurdu. Amma həyat və siyasət davam edir. Odur ki, bu dəhşətli günlərdə Ermənistan-Rusiya, İran və  Fransa- Ermənistan münasibətlərində bir an belə olsun, sakitlik olmayıb - hər gün bir xəbər eşidir, yeni məlumatlar alırıq.

Son günlərin əsas xəbərləri bu oldu ki, birincisi, Bakının yeni sülh təkliflərilə çıxış etdiyi məlum oldu. Üstəgəl, deyildi ki, fevralın 23-də Ermənistana Avropanın yeni missiyası gələcək və bəzi məlumatlara görə onların sayı əvvəl deyildiyi kimi iki yüz nəfər yox, iki min nəfər olacaq.

Daha bir xəbər budur ki, Paşinyan Ermənistanı hələ ki, KTMT-nin xüsusi missiyasını ölkəyə buraxmır. Xarici işlər naziri Sergey Lavrovun “İki günə KTMT-nin missiyasını Ermənistan sərhədlərinə göndərə bilərik” sözləri hələ də cacabsız qalıbdır. Təkcə ona görə yox ki, illər uzunu İrəvan KTMT-nı Azərbaycana qarşı qoymaq istədi, amma gəl, buna nail ola bilmədi.

İndi sanki Ermənistan KTMT-dən qisas alır, elə bil acığını çıxır ondan. Burada başqa məqam da var. Rusiya Ermənistan-Azərbaycan sərhədləri məsələsində Almatı prinsiplərini, sovet vaxtındakı sərhədləri əsas götürür. Bu isə İrəvanı qane etmir, onlar “KTMT Ermənistanın harada başladığını və harada qurtardığı bilmir” deyirlər. Parisin mövqeyinə gəldikdə isə, hələ Sovetlərin son vaxtlarında Fransa prezidenti Fransua Mitteran demişdi ki, guya SSRİ daxilindəki sərhədlər siyasi yox, inzibati xarakter daşıyır...

Bütün bu səbəblərdən, həm də Nikol Paşinyanın özəl siyasi maraqları ucbatından Ermənistanın Qərbə doğru dreyfi son vaxtlarda ciddi şəkil almaqdadır. Ruben Vardanyanın Dağlıq Qarabağdan qaçması haqqında xəbər doğrudursa, Paşinyanın Kreml üzərində daha bir qələbə çaldığını demək olar.

Maraqlıdır ki, Vardanyanın Moskvaya qaçışından (və yaxud “səfər”indən!) bir-iki gün əvvəl onun liderlik etdiyi reytinq sorğusunun nəticələri açıqlanmışdı. Bunun üzərindən heç üç gün keçmədi ki, Vardanyanın qaçdığı, özü də köhnə əsgər paltarları olan maşında qaçdığı deyildi. Doğrusu, biz bu xəbərə hələ də şübhə edirik. Doğrudanmı milyarder Vardanyanın bir helikopteri yoxdur? Həm də siyasi müşahidəşilərin bir qisminin fikrincə, R.Vardanyan Moskvaya yeni təlimatlar almağa gedibdir. Bu xəbər həm də ona görə inandırıcı görünürdü ki, separatçı böılgənin digər “lider”ləri də Moskvaya səfərlər edirdilər.

Amma R.Vardanyanın “səfəri” həqiqətən də qaçışa bənzəyir. Belə görünür ki, “Ermənistanın İvanişvilisi” həqiqətən də Dağlıq Qarabağdan qaçıb. Bu ehtimal həm də ona görə inandırıcı görünür ki, rəsmi Bakı dəfələrlə bəyan etmişdi ki, Vardanyanla heç bir səviyyədə və formatda danışıqlar aparmayacaq.

Belə bir ehtimal da var ki, Moskva Bakıya güzəştə getdi - Vardanyan adlı siyasi fiqurunu geri götürdü ki, Bakı separatçı bölgəyə daxil olmaq və orada monitorinq aparmaq istəyindən daşınsın...

Bir sözlə, bölgə qazan kimi qaynayır. Ermənistanla-Rusiya arasındakı çat dərinləşir. Ermənilər bölgəyə BMT-nin missiyasını, mavi dəbilqəliləri gətirmək istəyirlər. Amma onlar bir şeyi unudurlar: BMT-nin missiyası bölgəyə gələrsə, TŞ-nin bu vaxta qədər qəbul etdiyi dörd qətnamə əsasında fəaliyyət göstərməli olacaq. Ümumiyyətlə, son vaxtlarda BMT tərəfindən qəbul olunan bu dörd qətnamə yada salınmır. Fransa, Avropa Parlamenti onları xatırlasa, çox yaxşı olar.

Azərbaycan hələ də öz torpağından bir qarış kənara çıxmayıb. İşğal altında olan torpaqlarımızın azad olunması haqqında tələb hələ BMT tərəfindən qəbul olunan dörd qətnamədə öz əksini tapmışdı. Amma çox təəssüf ki, bu tələb otuz il kağız üzərində qaldı. Fransa kimi erməni havadarları hətta indi də onları nəzərə almırlar. Fəqət, çox nahaq yerə!

Düzdür, Parisin böyük imperiya və ya ölkədən kənarda müharibə aparmaq təcrübəsi var. Bir vaxt Afrikanın az qala, yarısı onun müstəmləkəsi olubdur. Odur ki, Fransa Ermənistana iki min nəfərlik missiya göndərməyə çağırır. Amma fransızlar bir şeyi unutmamalıdırlar: tarix təkrarları qətiyyən sevmir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR