İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgədə yeni təhlükə yarana bilər, Azərbaycan dərhal hərəkətə keçməlidir-ŞƏRH

1060 31.08.2023 16:34 Siyasət A A


“Arayikin istefası heç nəyi dəyişmir. Qarabağda terror rejimi var. Rejimin mahiyyəti ona rəhbərlik edən şəxsin istefası ilə dəyişmir”.

Bunu Musavat.com-a Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deyib. O bildirib ki, Arayikin, ondan öncə “dövlət naziri” nin istefası Qarabağda xaosu dərinləşdirir:

“Bu, ətraf yaşayış məntəqələri də daxil olmaqla, bölgədə stabilliyin pozulması üçün ciddi təhdid yaradır. Azərbaycan dərhal Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə ultimatum verməli, onların silahsızlaşdırılmasını həyata keçirməlidir. Çünki hər an ciddi toqquşmalar baş verə bilər. Bu isə işğaldan azad edilmiş rayonlarda və yaxın ərazilərdə dinc əhalinin təhlükəsizliyi üçün təhdid yaradır. Azərbaycan Silahlı Qüvvələri Konstitusiyadan irəli gələn vəzifələri həyata keçirib, yarana biləcək təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməlidir. Azərbaycan xalqı, o cümlədən siyasi çevrə birmənalı şəkildə Azərbaycan dövlətinin və ordunun yanındadır”.


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR