İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş katibi İsrail və İran ətrafındakı vəziyyəti diqqətlə izləyir

477 12.04.2024 23:08 Dünya A A

BMT-nin baş katibi Antonio Quterreş İsrail və İran ətrafındakı vəziyyəti diqqətlə izləyir və regionda mümkün eskalasiyadan son dərəcə narahatdır.

Musavat.com xəbər verir ki, bunu brifinqdə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

Baş katibin nümayəndəsi əlavə edib ki, dünya təşkilatının “tərəflərdən heç birinin hərbi fəaliyyəti ilə bağlı daxili məlumatı yoxdur”.

"Həm açıq, həm də özəl olaraq səsləndirdiyimiz çağırışımız hər cür gərginliyin qarşısını almaq və gərginliyi azaltmağa çalışmaqdır", - Dyujarrik əlavə edib.

Qeyd edək ki, bu gün 12-də The Wall Street Journal İranın İsrailə cavab zərbəsinin yaxın 24-48 saat ərzində baş verə biləcəyini qeyd edib. Nəşrin məlumatına görə, yəhudi dövləti İrandan şimal və ya cənubdan birbaşa hücuma hazırlaşır. Eyni zamanda, qəzet qeyd edir ki, Tehran hələlik yekun qərar qəbul etməyib. Öz növbəsində, Axios portalı mənbələrə istinadən xəbər verir ki, İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian alman həmkarı Annalena Berboka deyib ki, İran gərginliyin artmasına səbəb olmamaq üçün atəşə məhdud şəkildə cavab verəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR