İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

371 28.02.2023 13:45 Siyasət A A

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Körösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Prezident Körösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Çaba Körösi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.

Körösinin səfəri martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR