İnsanlara hürriyət, millətlərə istiqlal!

Biznesmenin avtomobilindən 124 min pul oğurlandı- FOTO

882 28.02.2025 10:45 Kriminal A A

Bakıda iş adamına məxsus avtomobildən külli miqdarda pul oğurlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 26-da A.Quliyevə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən 90.000 manat və 20.000 dollar (34 min manat) oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR