İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz Azərbaycan ərazisində 120 min erməninin mövcudluğunu tanıyırıq”

1516 19.07.2023 14:36 Son xəbər A A

Hakim “Vətəndaş sazişi” partiyasının nümayəndəsi “biz Azərbaycan ərazisində 120 min erməninin mövcudluğunu tanıyırıq, həmçinin onların hüquq və təhlükəsizliyinin təmin olunması barədə danışırıq” cümləsini işlədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyanın feysbuk statusunda yer alıb.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Araik Arutyunyanın Dirçəliş meydanında piket, aclıq aksiyası keçirməsi və ya müxtəlif səfirliklər qarşısında etiraz aksiyalarının davam edib-etməməsi heç bir əhəmiyyət kəsb etmir.

“Bununla belə, beynəlxalq tərəfdaşlarımız daim hakim rejimin Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatlarını əsas götürəcəklər”, - deyə Abramyan qeyd edib.

Erməni deputatın fikrincə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, qondarma “DQR” statusunun “Azərbaycanın erməni icması”na endirilməsi sırf Paşinyan rejiminin mövqeyidir.

“Qarabağ məsələsində köklü dəyişiklik etmək istəyən qrupların istər Qarabağda (ermənilər yaşayan hissədə - red.) istərsə də Ermənistanda, sadəcə olaraq, hər hansı apolitik gündəmi təbliğ etmək imkanları yoxdur”, - deyə revanşist siyasətçi bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR