İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişkekdə “başını yarıb, ətəyinə qoz tökür” vaqiəsi - döyülən əcnəbilərə pizza gətirilib

688 23.05.2024 12:53 Dünya A A

Bişkek Baş Daxili İşlər İdarəsinin və Sosial Təminat Departamentinin əməkdaşları qırğız estrada artistləri ilə birlikdə hostel və yataqxanalarda yaşayan əcnəbi tələbələrə baş çəkiblər.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bir neçə gün öncə hiddətlənmiş kütlə tərəfindən döyülən əcnəbilərə yemək gətirilib, onlara dəstək ifadə edilib.

664ebe581adbe093101051.jpg (81 KB)

“Hüquq-mühafizə orqanları xarici tələbələri gündəlik həyata qayıtmağa çağırıb. Onlar əmin ediblər ki, hazırda şəhərdə vəziyyət sabitdir, onların həyat və sağlamlığı üçün təhlükə yoxdur”, - deyə polis idarəsindən bildirilib.

Xatırladaq ki, mayın 13-də Bişkekdə əcnəbilərin yaşadıqları hostellərdən birinin həyətində onların iştirakı ilə kütləvi dava olub. Onlar bir neçə yerli sakini döyüblər. Bundan sonra Bişkek şəhərində yaşayan əcnəbilərin əksəriyyəti hədəf halına gəlib. Yaşı 18-25 arasında olan yüzlərlə qırğız birləşərək əcnəbilərin yaşadığı hostel və yataqxanalara hücum ediblər, qarşılarına çıxanı döyüb əzişdirilər. Hücumçular arasında əcnəbilərin şəxsi əmlaklarını qarət edənlər də olub.

Kortəbii aksiya iştirakçılarında bir qrupu saxlanılıb.

Hökumətin bəzi üzvləri əvvəlcə başqa ölkələrdən - Pakistan, Banqladeş, Misir, Hindistandan gələn miqrantların sayının kəskin şəkildə artması ilə bağlı olaraq gənc qırğızların bu ekstremist addımlarına müəyyən bəraət qazandırmağa cəhd etsələr də, sonradan hüquq-mühafizə orqanları region dövlətlərinin təzyiqi ilə basqınçıların bir neçə qrupunu saxlayıb.

68eb6bc9903a9cd04a9d2ef727b59d44.jpg (233 KB)

Mayın 21-də Pakistan dövləti Bişkekdən 180 tələbəsini xüsusi reyslə İslamabada aparıb. Onlardan bəziləri Qırğızıstanın paytaxtında iğtişaşlar zamanı xəsarət alıb.

Hazırda Qırğızıstan hakimiyyəti situasiyanı sabitləşdirməyə, əcnəbi tələbələrin təhlükəsizliyini təmin etməyə çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR