İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir status yazdıq, ad çəkmədik, ad çəkdilər...

9534 12.08.2013 09:04 Yazarlar A A
***

Yazdığım məlum status, bax, o ilk daş statusundaydı. Facebookdan tulladıq, getdi ünvanına doğru.

Daşımız ağır çıxdı. Haqqında məqalələr yazıldı, şərhlər verildi, mülahizələr yürüdüldü. Nə daşmış, amma...

İstiqamət naməlum verilmişdi. Bostan sahibi özü anlayacaqdı, bütün ani hesablamalar buna idi. Son həddə olduğumuzu, bütün dəngələrin pozulduğunu, illərdir kəsdiyimiz duz-çörəyin, sayğı və etibarın artıq kükrəyən bir etirazı, qəzəbi durdura bilməyəcəyini anlamalıydı.

Hər şey elə də oldu. 

Lakin yanlış yapanlar da oldu.

***

İlk növbədə Cəbhəçilər. Mən o statusu Əli Kərimliyə yaraşdırmazdım; onlar yaraşdırdılar. Öz liderlərini guya müdafiə edirlər, bizi də guya gözdən salıb, təhqir edib, ürəklərini boşaldırlar. Əslində isə AXCP liderini pis vəziyyətdə qoydular.

Qərəzli qəzetləri, fürsət və yağlı xəbər gözləyən saytları, müxalifətin didişməsindən ləzzət tutan iqtidar mediasını  boş verin -  onlar illərdir yapdıqlarını yapdılar-  çoxu da öz işini görürdü. Bu Cəbhəçilər niyə belə elədilər, anlamadım.

Araşdırmadan, sormadan, dəqiqləşdirmədən başladılar eee. 

Onlardan birinə Facebook-da yazdım ki, bajı, mən Əli bəyi nəzərdə tutmamışam;  yox, sən bunda israr edirsənsə ki, elə deyil, belədir, taa sənin öz işindi. Döşə gəlsin. Sizə Rauf Arifoğlunu, “Yeni Müsavat”ı təhqir edib, gözdən salmağa onsuz da bəhanə lazım. Tapmısınız, di məşğulat edin. 

***

İzahat verməyə, daş statusundakı “feysbuk” statusunun hər cümləsini təhlilə çıxartmağa lüzum görmürəm. Lakin Cəbhəçi bacı-qardaşlarım bizi tənqid, hətta təhqir edəndə sərhədləri keçməsinlər, ailə üzvlərimizə toxunmasınlar. Çünki bu, hamıda var... Hansı ki, biz qəzet olaraq onların özlərinə, ailə üzvlərinə rejimin muzdluları tərəfindən hucum, böhtan, təhdid  olanda, özümüzü düşünmədən qabağa vermişik. Bu fədakarlığın qarşılığını istəmirik; verəcək halda deyilllər; sadəcə, mümkün olduğu qədər sərhədləri keçməsinlər. 

***

Mənim statusumdan istifadə edib, Müsavata, onun başqanının üzərinə hücum çəkmək isə, heç yerində deyildi.  Eyni zamanda, mənə və qəzetə olan Cəbhəçi qəzəbinin, qərəzinin də mənası aydın olur. “Niyə İsa Qəmbərin yanındayıq...”

Son 25 ildə, siyasətdə olduğum bu müddətdə  cəmi bir siyasi təşkilatım olub. Son 21 ildə cəmi bir lider tanımışam və “başqanım” demişəm. Son 20 ildə cəmi bir hədəfim olub - bu iqtidar getsin. Heç bir halda və heç bir şərtlərdə bu üçlü,  qızıl düsturdan geri çəkilməmişəm. Bəzən meydanda müxalifət adına qəzetimlə tək qalmışam (1993-cü ilin iyunundan sonra), lakin hədəflərimdən vaz keçməmişəm. Məni buna görə suçlayırsınızsa, əcəb edirsiniz. 

***

Cəbhəçi dostlarımızın bir satqın fobiyası var. Qınamaq olmur. Əli bəyin dostları da daxil, nə qədər keçmiş AXCP rəhbəri, funksioneri, fəalı hazırda fərqli düşərgədə, fərqli mövqedədir. Həm də fərqli məkanlarda. 

Getmək, dəyişmək o cür olur. Hədəfi, təşkilatı, lideri dəyişdirirlər, gedənlərə. Daha hədəfi, təşkilatı, lideri 20-25 il dəyişməyənlərə necə şübhə, kölgə atırsınız? Bəlkə elə dərdiniz də budur -  niyə biz başqanın ətrafından dağılmırıq, hər hansı şərtlərdə onu tərk etmirik, vaz keçmirik ondan?  

Biz özümüzdən arxayınıq. Bu gün müxalifət nədirsə, onun yüzdə 30-u “Yeni Müsavat” və ona bağlı olan saytlardır. Və 20 ildir ki, belədir. Anormaldır, belə olmamalıdır, lakin faktdır. Əvvəllər bu faiz daha çox idi -  yükün yalnız “Yeni Müsavat”ın belində qaldığı illər olub (2003-2005). Ki, onun da iki ilini gedib türmədən qəzetə rəhbərlik etmişəm. Şəhərin mərkəzindəki ofisimizi, arxivimizi, kollektivimizin ən yetişkin kadlarını itirmişik bu müddətdə. Əlini yelləyib getmək nədir ki! Mən də ailəmi götürüb, gedərəm xarici ölkələrdən birinə, rahat işlərəm oralarda. Arada burdakılara irad da tutaram...  

***

Amma tarixin üzərimizə qoyduğu yüzdə 30-luq məsuliyyət məsələsi var ha... Bir də əlahəzrət  şans.

Bu millətin haqqı olan şansı hələ də qalır, yaxınlığımızdadı, bizim özümüzdədi, bizim duruşumuzda, bir-birimizə, ən əsası da, haqqa, Allaha olan münasibətimizdədir...
Allahını, kitabını tanımayanlara Allah da şans tanımır.  
Allah şeytana lənət eləsin. Allah ürəkləri mərhəmət və nurla doldursun, qardaşları, eyni hədəfin cocuklarını bir -  birinə qırdırmasın.

***

Cəbhəçi qardaş və baçılarsa... Təbii ki, çox irəli getdilər və məndən də üzür istəyəsi deyillər.

Lakin onların öz liderləri Əli Kərimliyə bir üzr borcu var.

Heç nədən və əsassız olaraq onu gündəmə və hədəfə gətirdikləri üçün.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR