İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda narkotik vasitənin satışını təşkil etmək istəyən şəxslər saxlanılıb

711 08.10.2022 02:07 Kriminal A A

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə xaricdən əldə etdikləri narkotik vasitənin ölkə ərazisində satışını təşkil etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən Musavat.com-a verilən xəbərə görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Rövşən Azayev və Samirə Nəcəfli saxlanılıblar. Keçirilən baxış zamanı onların olduğu avtomobildən 1 kiloqram 500 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı onların həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib.

Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə 10 nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan narkotik vasitə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 103 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR