Gürcüstana qarşı beynəlxalq səviyyədə gizli sövdələşmə var.
Musavat.com xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasında iştirakı ilə əlaqədar getdiyi Nyu-Yorkda mediaya bəyanatında deyib:
“Radikal müxalifətin himayədarları gürcü xalqını bir səbəbdən cəzalandırmaq istəyirlər: gürcü xalqı “Gürcü arzusu”nu qətiyyətlə dəstəkləyir və radikal müxalifəti, kollektiv Milli Hərəkatı rədd edir”.
O əlavə edib ki, radikal müxalifətin sponsorları Bidzina İvanişvili vasitəsilə gürcü xalqını cəzalandırmağa çalışırlar. Sanksiyalarla “Arzu”nun yaradıcısını qorxudaraq, ölkənin və əhalinin maraqlarına zidd addım atmağa sövq edirlər.
Musavat.com